Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass “söz azadlığını boğan” sistemə qarşı mübarizəyə başlayır.
Musavat.com xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, Liz 2025-ci ilin yayında senzurasız sosial şəbəkə platforması istifadəyə verməyi planlaşdırır. Yeni platforma Böyük Britaniyada sağ radikal siyasi xəttin əsas media alətinə çevrilə bilər.
Trass bildirib ki, ölkədə “dərin dövlət” və aparıcı media qurumları söz azadlığını boğur, cəmiyyətə müəyyən mövzuları zorla sırıyır, digərlərini isə qəsdən susdurur:
“Bu cür hallar SSRİ-də baş verirdi, indi isə bizim başımıza gəlir. Müasir Britaniyada belə bir şeyin olması məni şoka salır. Bununla qəti şəkildə mübarizə aparmaq lazımdır”.
O vəd edib ki, yeni platformada nə senzura, nə də “ləğv etmə mədəniyyəti” (cancel culture) olmayacaq – istifadəçilər istədikləri problemləri azad şəkildə müzakirə edə biləcəklər.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ