İnsanlara hürriyət, millətlərə istiqlal!

Kazan merinin qolundakı bahalı saat hər kəsin diqqətini çəkdi - FOTO

Rusiya tərkibində Tatarıstan Respublikasının mərkəzi Kazan şəhərinin meri dəyəri illik (rəsmi) gəlirindən çox olan Rolex saatı taxarkən görüntülənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kazan meri İlsur Metşin təxminən yeddi milyon rubla (81 701 ABŞ dolları) başa gələn Rolex GMT-Master II saatı taxaraq şəhərin həyətlərindən birində peyda olub.

Bununla bağlı Rusiya müxalifətinin ölən lideri Aleksey Navalnının bir zamanlar rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun əməkdaşı Oleq Emelyanov yazıb.

Qeyd edək ki, hələ 2020-ci ildə Navalnının Kazandakı Baş qərargahı "Vahid Rusiya"nın üzvü Metşinin 120 milyon rubl (1 400 610 ABŞ dolları) dəyərində saat kolleksiyasından bəhs edən araşdırma yayımlamışdı. Bundan sonra, Oleq Emelyanovun yazdığı kimi, Kazan meri "bir müddət, bahalı saatını camaat arasında taxmağı dayandırıb.

İlsur Metşinin rəsmi illik gəliri altı milyon rubldan çox deyil. 2021-ci il üçün bəyannamədə, məsələn, Kazan merinin gəliri 6 625 726 rubl (77334 dollar) təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR