İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada seçkiləri Mark Karni liderliyindəki Liberallar qazanır – Trampın təhdidlərinə qarşı sərt mövqe vəd edilir

Kanadada keçirilən parlament seçkilərində hakim Liberal Partiya ilkin nəticələrə əsasən qalib gəlir.

Musavat.com xəbər verir ki, partiyanın yeni lideri, sabiq maliyyə naziri və Baş nazir Mark Karni artıq 164 dairədə liderlik edir və ya qalib gəlib.

Bu göstərici ona Nümayəndələr Palatasında (aşağı palata) əhəmiyyətli sayda yer qazandırır.

İkinci yeri 146 mandatla sağ mərkəzçi müxalifət – Konservativ Partiya tutur. Əsas separatçı qüvvə olan Kvebek Bloku isə 23 yer əldə edərək üçüncü sıradadır. Qeyd edək ki, parlamentdə ümumilikdə 343 yer var və liberalların təkbaşına çoxluğu təmin etməsi ehtimalı zəif görünür. Bildirilir ki, Kvebek Bloku Konservatorlarla koalisiya qurmağa daha meyllidir.

Siyasi mühitin dəyişməsində mühüm rol oynamış amillərdən biri də sabiq baş nazir Castin Trudonun istefası və onun yerinə Mark Karninin gəlişi olub. Karni qısa müddətdə seçicilərin rəğbətini qazanaraq, kampaniyasını ABŞ Prezidenti Donald Trampın Kanada əleyhinə sərgilədiyi “anneksiya təhdidləri”nə və gömrük tarifləri ilə təzyiqlərə qarşı sərt dayanmaq üzərində qurub.

Karni bəyan edib ki, Trampın sərhədləri şübhə altına alan ritorikasına, habelə iqtisadi müharibə cəhdlərinə qarşı Kanada öz milli suverenliyini və iqtisadi maraqlarını müdafiə edəcək.

Bu seçkilərin nəticələri Kanada-ABŞ münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR