Onlayn ictimai-siyasi qəzet
Kanadanın Vankuver şəhərində küçə festivalı zamanı avtomobilin izdihamı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə şəhər polisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Lapu-Lapu festivalında baş verən kütləvi insident nəticəsində 11 nəfər həlak olub”, - paylaşımda qeyd olunur.
Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni festivalda baş vermiş insidentdən sonra ictimai təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirmişdi. O, 20-dən çox insanın yaralandığını qeyd edib.
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ