İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada seçkilərinin ilkin nəticələri: Karninin partiyası öndədir, lakin...

Kanadada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. Kanada Seçki Komissiyasının məlumatına görə, son seçki məntəqələri yerli vaxtla saat 19:00-da ölkənin Sakit okean sahillərində (Bakı vaxtı ilə 06:00) bağlanıb.


Qeyd edək ki, Kanada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci dəfə seçki keçirilir. Mübarizə 343 mandat uğrundadır; çoxluq hökuməti yaratmaq üçün qalib 172 mandat almalıdır.

Qalib partiyanın lideri ölkənin baş naziri olacaq.


Seçki Komissiyasının verdiyi məlumata əsasən hazırda hakim Kanada Liberal Partiyası 51 faiz, müxalif Kanada Mühafizəkarlar Partiyası isə 39 faiz səsə malikdir. Hələlik elan edilən nəticələrlə Liberal Partiyasının təkbaşına hökumət qurması mümkün deyil. Belə ki, partiya hazırkı səs nisbəti qalarsa, parlamentdə 160 yer, onun əsas rəqibi Mühafizəkarlar Partiyası isə 139 yer alacaq. Təkbaşına hökumət qurmaq üçünsə 172 deputat mandatına ehtiyac var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR