İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Kralın səfərindən siyasi mesaj kimi istifadə edir – Britaniya narahatdır

Böyük Britaniya hakimiyyəti Kral III Karlın Kanada ilə ABŞ arasında yaranan gərginlikdə siyasi simvola çevrilməsinin qarşısını almağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə !"The Sunday Times! nəşri məlumat yayıb.

Məlumata görə, III Karlın 26–27 may tarixlərində Kanadaya planlaşdırılan səfəri Kanada hökuməti tərəfindən “ABŞ-dan gələn təhdidlər fonunda ölkənin müstəqilliyini vurğulayan nümayişkaranə jest” kimi nəzərdə tutulub.

Britaniya isə kralın bu ziddiyyətli kontekstdə siyasi alətə çevrilməsindən yayınmağa çalışır və onun səfərinin neytral, rəsmi xarakter daşımasını təmin etməyə səy göstərir.

Ekspertlər bu cəhdləri Kanadanın suverenlik mesajı ilə Britaniya monarxiyasının simvolik mövqeyi arasında balans yaratmaq kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR