Onlayn ictimai-siyasi qəzet
Kanada hakimiyyəti miqrant axını üçün illik kvotaları ən azı 20% azaltmaq niyyətindədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə günü CTV məlumat yayıb.
Baş nazir Castin Trüdonun cümə axşamı planlaşdırılan dəyişikliklərlə bağlı daha ətraflı məlumat verəcəyi gözlənilir.
Çərşənbə günü səhər saatlarında “Global News” bir neçə hökumət mənbəsinə istinadən xəbər verib ki, Ottava tezliklə yeni gələnlərin sayını azaltmaq üçün ölkənin immiqrasiya sistemində əsas dəyişiklikləri elan edəcək. Onların fikrincə, söhbət ilk növbədə yaxın bir neçə ildə ölkəyə qəbul edilən miqrantların sayının azaldılmasından gedir.
Son bir neçə ildə dünyanın, demək olar ki, bütün ölkələrində miqrant axınına qarşı mübarizə gedir. Bu, ona görədir ki, kasıblıq içində boğulan, müharibə gedən, diktator rejimləri tərəfindən idarə olunan ölkələrin əhalisi kütləvi şəkildə demokratik və firavan ölkələrə axışırlar.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ