İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Həsənli CANLIda - Putin Kadırovu “XƏRCLƏDİ” – Çeçen lider niyə YOXA ÇIXIB?

Çeçenistan rəhbəri Ramzan Kadırovun Yeni il bayramlarından sonra informasiya meydanından yoxa çıxması və rəsmi tədbirlərdə görünməməsi barədə internetdə yayılan məlumat “dost olmayan” və “təxribatçıların” uydurmasıdır.

Publika.az xəbər verir ki, bunu Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev ölkənin kütləvi informasiya vasitələrinin birinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çeçenistanda onlar artıq belə “iynələrə” öyrəşiblər. Dudayev deyib ki, ilin əvvəlindən Kadırov fəaliyyətini fəal şəkildə həyata keçirməyə başlayıb, bütün məsələləri şəxsi nəzarətində saxlayır və onun işinin aspektləri müxtəlif platformalarda açıq və rəsmi şəkildə dərc olunur.

Eyni zamanda Dudayev Çeçenistan rəhbərinin yanvarın 13-dən rəsmən məzuniyyətə getdiyini açıqlayıb. Müvafiq sərəncam onun saytında dərc olunub. Bu dövrdə Kadırov respublika rəhbərinin vəzifələrini Çeçenistan hökumətinin başçısı Maqomed Daudova tapşırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız tanınmış aparıcı Kamran Həsənlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR