Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir.
Musavat.com xəbər verir ki, Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən beynəlxalq konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvləri arasında ikitərəfli görüşlər keçirilir.
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərovla İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi arasında keçirilən görüşdə Gənclər Birliyinin sədr müavini son 200 il ərzində soydaşlarımızın üzləşdiyi müsibətlər barədə qonağa məlumat verib. Kamal Cəfərov bildirib ki, 1987-91-ci illərdə Ermənistan ərazisindən çıxarılan 300 minə yaxın qərbi azərbaycanlının geri qayıdış hüququ bütün beynəlxalq sənədlərdə təsbit edilib. Öz növbəsində Mohammed Salah Al Malkavi bu gün keçirilən konfransın sözügedən ədalətsizliyin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ