Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.
Musavat.com xəbər verir ki, fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətdə güclü zəlzə baş verib.
Təbiət hadisəsi nəticəsində ciddi dağıntılar baş verib və nəticədə 50 mindən çox insan həlak olub.
Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan da Türkiyəyə qardaş dəstəyi göstərib.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin salınmasına başlanılıb.
Türkiyə Respublikasının Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.
Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaqdır. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaqdır.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılmışdır.
20 sinif otağından ibarət 300 şagird yerlik ibtidai məktəb və 3 sinif otağından ibarət 60 yerlik uşaq bağçasında təhsilə dəstək məqsədilə əlavə aşağıdakı otaqlar da olacaq:
- xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana
- musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı
- rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana
- texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana
- 1 kitabxana
- 1 idman zalı
Yuxarıda da qeyd edildiyi kimi “Azərbaycan” məhəlləsinin baş planı üzrə 11 və 12-ci kvartallarının tikintisinə başlanılmışdır. 2 kvartalda ümumilikdə 16 yaşayış binası yerləşdir. Binalar 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 276 mənzil, 244 qeyri-yaşayış obyekti olacaqdır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ