İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun xəstəliyi də, varisi də bəllidir

İlk yayınlanma saatı 28.04.2024, saat 10:53

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. Musavat.com xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan “Novaya qazeta” Çeçenistan rəhbərinin xəstəliyi və onun mümkün varisi haqda geniş araşdırma dərc edib.

İddia olunur ki, həkimlər hələ 2019-cu ildə Kadırova mədəaltı vəzin xərçəngi- pankreas nekrozu diaqnozu qoyub.

O zamandən bəri Kadırov “müvəqqəti əmək qabiliyyətinin itirilməsi” səbəbindən tez-tez məzuniyyətə getməyə məcbur olub. Ramzan Kadırovun tez bir zamanda arıqlaması nəzərdən qaçmayıb. Bunun yaxşı balanslaşdırılmış pəhrizin nəticəsi olması ehtimalına kimsə inanmayıb. Bildirilir ki, aktiv şəkildə inkişaf edən pankreas nekrozunun ilk simptomu məhz kəskin çəki itkisidir, bu son dərəcə ciddi, ağrılı və müalicəsi çətin olan xəstəlikdir.

Məhz bu səbəbdən 2019-cu ildən Kadırov Rusiya Prezidentinin Mərkəzi Klinik Xəstəxanasında ildə ən azı iki dəfə müntəzəm müalicə, o cümlədən cərrahi əməliyyat keçirib. 2020-ci ilin yayında Çeçenistan rəhbəri koronavirusa yoluxması Kreml həkimlərinin inkişafını dayandırmağa çalışdığı əsas xəstəlikdən əlavə səhhətində ciddi problemlər yaradıb. 2022-ci ilin yazında Kadırovun səhhəti sürətlə pisləşməyə başlayıb. Bu dəfə isə onun sifətində şişkilər olması diqqət çəkdi ki, bu da həm böyrək çatışmazlığı, həm də əsas xəstəliyin fəsad yaratdığı ağciyərlərdə mayenin yıgılmasının nəticəsi olduğu iddia edildi. Beləliklə, Kadırıvun qarının forması dəyişməyə başladı, onda nəfəs darlığı yarandı, çətinliklə danışdı, yavaş-yavaş yeridi və çeçen iqlimi üçün çox isti geyindi.

WhatsApp Image 2024-04-28 at 10.41.03 (1).jpeg (269 KB)

Putinin 2023-cü ilin fevralında Federal Məclisə müraciətində Kadırovun gözə dəyməməsi şayiələrə səbəb oldu. Amma gərgin iş qrafikini maniyaya çevrilmiş Kadırov hələ də səhhətinin normal olduğunu sübut etmək üçün yenə gərgin iş qrafikinə keçir. Nəticədə səhhətində böhran baş verdi və dəqiqləşdirilməmiş məlumata görə, Kadırov komaya belə düşüb. Kadırov faktoru əlbəttə ki, Çeçenistan üçün mühümdür. Amma xəstəlik artıq Kadırovun əvvəlki kimi enerjili rəhbər olmağa imkan vermir. O səbəbdən Kreml Kadırovun yerinə varis axtarışındadır.

Nəşr yazır ki, Kadırovun yerinə ən şanslı namizəd Apti Alaudinovdur. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında “Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə” həlak olublar. Alaudinovun sözlərinə görə, onun 20 qohumu Çeçenistan müharibələrində həlak olub.

Qeyd edək ki, Ramzan Kadırovun atası Axmat Kadırov birinci Çeçen müharibəsi zamanı respublikada Çeçenistanın müstəqilliyi uğrunda silahlı mübarizənin ən məşhur tərəfdarlarından biri olub. Gənc Ramzan Kadırov Şamil Basayevin pərəstişkarı idi, baxmayaraq ki, nə özü, nə qardaşı o vaxt əlinə silah alıb döyüşməyib. Yəni birinci çeçen kampaniyası zamanı Alaudinovlar və Kadırovlar prinsipcə, barrikadaların əks tərəfində olublar.

İkinci Çeçen münaqişəsi zamanı Apti Alaudinov Rusiyanı dəstəklədi, əvvəl rayonlaerın birində prokuror köməkçisi, sonra isə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə məşğul olduğu Daxili İşlər Nazirliyində işə düşəldi. Ramzan respublikanın rəhbəri olanda (2007-ci ildə) Aptiyə təşəkkür etdi. Cəmi dörd ildən sonra Alaudinov DİN-də nazir müavini vəzifəsinə qədər yüksəldi və Rusiyanın ən gənc polis generalı oldu.

Martın 17-də isə Ramzan Kadırov uzun illərdən sonra ilk dəfə gözlənilmədən Apti Alaudinovla birgə fotosunu dərc etdi və onu aşağıdakı şərhlə müşayiət etdi: “Çeçenistan Respublikası rəhbərinin güc bloku üzrə köməkçisi, mənim qardaşım Apti Alaudinov. Çeçenistan Respublikasından olan minlərlə könüllünün başında Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatda iştirak etmək üçün göndərilir”.

ci ilin yayın ortalarında Kadırovun güc strukturunun bütün nüvəsi Ukraynadı “müqəddəs müharibədən” evə qayıtdı. Onların hamısı mükafatlara layiq görüldü. Adam Delimxanov Rusiya Qəhrəmanı oldu, Danil Martınov Rusiya fövqəladə hallar nazirinin müşaviri, Apti Alaudinov isə respublika Təhlükəsizlik Şurasının katibi təyin edildi.

İki aydan sonra Alaudinov yenidən Ukraynaya getdi və “Axmat” könüllülərinin xüsusi təyinatlı dəstəsinin ömürlük komandiri təyin edildi. 2009-cu ilin martında Alaudinov Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin rəisi təyin edildi və həmin ilin aprelində Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin kriminal polisi rəisinin müavini oldu.

Rusiya Prezidentinin 13 iyun 2011-ci il tarixli fərmanı ilə Aptı Alaudinov Çeçenistan Respublikası daxili işlər nazirinin müavini - polis rəisi vəzifəsinə təyin edildi. Sonradan Alaudinova polis general-mayoru rütbəsi verildi.

Çeçenistan rəhbəri Ramzan Kadırov “Luqansk Xalq Respublikasının” azad edilməsində fəal iştirakına görə Rusiya Qəhrəmanı ulduzunu Aptı Alaudinova təqdim edib. 2024-cü ilin aprelində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR