Onlayn ictimai-siyasi qəzet
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini müdafiə edən Qərb ölkələrinin qərar qəbuletmə mərkəzlərinə “Kinjal” raketləri ilə zərbə endirməyə çağırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi bu mövzuda mayın 16-da öz Telegram kanalında danışıb.
Region rəhbəri qeyd edib ki, bu məsələ Qərbə rahatlıq vermir edir, hər dəfə yenidən gündəmə gətirilir və və bu gün sə Estoniya müvafiq qanun qəbul etməklə həmin istiqamətdə addımı atıb.
Kadırovun sözlərinə görə, hər zaman anti-Rusiya siyasəti ilə seçilən bu ölkə heç kimi təəccübləndirməyib, amma bunu sakit müşahidə etmək olmaz.
“Ona görə də hesab edirəm ki, ölkəmizə açıq-aşkar soyğunçuluq üçün belə qərarların verildiyi məqamlar raket zərbəsi üçün bir nömrəli hədəfə çevrilməlidir!” – deyə Çeçenistan rəhbəri hərfi mənada danışdığını əlavə edib.
“Ən qızğın estonlar bir neçə şərti "Kinjal"ın effektiv gəlişi ilə tez bir zamanda özünə gələ bilər”, - Kadırov yekunlaşdırdı.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ