İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlərə sui-qəsddə şübhəli bilinən 7 nəfər HƏBS EDİLDİ

Moskvanın Basmannı məhkəməsi jurnalist Kseniya Sobçaka və RT telekanalının baş redaktoru Marqarita Simonyana sui-qəsd cəhdində şübhəli bilinən 7 nəfəri həbs edib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Müstəntiqin vəsatətləri təmin edilib və onların barəsində 2023-cü il sentyabrın 14-dək həbs-qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Ətraflı

Qeyd olunur ki, həbs edilən vətəndaşlar arasında 2005 və 2006-cı il təvəllüdlü azyaşlılar da var. Şübhəlilər mütəşəkkil dəstənin tərkibində milli ədavət zəminində xuliqanlıq motivləri ilə əcnəbilərə xüsusi rüsvayçılıq və həyasızlıqla hücum ediblər. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham olunurlar.

FTX-nin məlumatına görə , Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslər iyulun 14-də Moskva və Ryazan vilayətində saxlanılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR