İnsanlara hürriyət, millətlərə istiqlal!

Joze Mourinyo əsəbiləşdi: "Mən də jurnalist ola bilərəm"

Türkiyə Super Liqasında "Fənərbağça" dünən "Hatayspor"a 2:1 hesabla qalib gəlib.

Joze Mourinyo oyundan sonra keçən fləş-müsahibədə özündən çıxıb. "Xal fərqinin azalacağını düşünürsünüzmü?" sualına portuqaliyalı mütəxəssis belə cavab verib:

"Niyə həqiqəti gizlədirsiniz? Bu ölkədə insanlar nədən qorxurlar? Bilirəm jurnalistsiniz, mən də jurnalist ola bilərdim. Yaxşı, amma nədən qorxursan? Xal fərqi oynanılan futboldan asılıdır? Həqiqəti deyin! Məndən soruşmayın!".

Mourinyo Türkiyə Super Liqasının toksik olduğunu və matçda qırmızı vərəqə göstərilməməsini tənqid edib:

"Rəqibin rəngləri fərqli olsaydı, meydanda 8 oyunçu qalardılar. Oynadığımız toksik liqadan xəbəriniz var. Bizə qarşı necə, rəqibə qarşı necə oynamaq lazımdır bilirlər. "Eyüpspor" və bu oyunda 5 qırmızı verilməli idi. Vəziyyət budur. Oyunçularımız da, rəqiblərimiz də bunu bilir".

Qeyd edək ki, turnir cədvəlində 39 xalı olan "Fənərbağça" "Qalatasaray"dan 8 xal geridədir. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR