Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın prezidenti Joan Laporta komandasının La Liqanın 34-cü turunda "Jirona"ya 2:4 hesablı məğlubiyyətinə görə əsəbiləşib.
QOL.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
O, idman direktoru Deko və vitse-prezident Rafa Yuste ilə birlikdə tribunadan çıxaraq qışqırmağa başlayıb: “Bu, mümkün deyil!”.
Laportanın qəzəblənməsinə “Barselona”nın “Jirona”ya cari mövsümdə 2-ci dəfə uduzması səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl Laporta Xavinin daha bir mövsüm baş məşqçi vəzifəsində qalacağını açıqlamışdı.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ