İnsanlara hürriyət, millətlərə istiqlal!

Jay Z-nin üzünə dururlar - 24 il əvvəl 13 yaşlı qıza zorakılıq edib

Reper Jay Z 2000-ci ildə Şon ("Diddi") Kombs ilə birlikdə 13 yaşlı qıza cinsi təcavüzdə ittiham olunur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şon Kombs tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən bir qadın, eyni məclisdə Jay-Z tərəfindən də təcavüzə məruz qaldığını bildirərək məhkəmə iddiasına düzəliş edib.

Kombsa qarşı iddia oktyabr ayında açılıb, lakin bazar günü qadın mülki iddiaya cavabdeh qismində Jay-Z kimi tanınan reper və iş adamı Şon Karteri də əlavə edib.

Karter Kombsla bağlı cinsi təcavüzdə ittiham olunan ilk məşhurdur.

CNN-ə verdiyi açıqlamada Karter deyib: “İddia o qədər iyrənc xarakter daşıyır ki, sizdən mülki deyil, cinayət şikayəti vermənizi xahiş edirəm!! Yetkinlik yaşına çatmayan uşağa qarşı belə cinayət törədən hər kəs qapalı olmalıdır, razısınızmı?”.

Kombs seks alveri, reket, sui-qəsd və s. kimi cinayətlərdə ittiham olunur. O, bu ittihamlar üzrə özünü təqsirli bilməyib və ona qarşı qaldırılmış 30-a yaxın mülki iddiada yer alan bütün ittihamları rədd edib.

Ceyn Do kimi tanınan qadın deyir ki, 2000-ci ildə bir ziyafətdə Kombs və Karter tərəfindən təcavüzə məruz qaldıqda 13 yaşı olub. O, ziyafətdə içki içdikdən sonra özünü pis hiss etməyə başladığını və yataq otağına keçdiyini iddia edir. Qadın əvvəlcə Karterin, ardınca da Kombsun ona təcavüz etdiyini bildirir. O, Kombsu vurduğunu və məcslisdən qaçdığını söyləyib.

Ancaq bu hadisə onun yadına niyə 24 ildən sonra düşüb, qadın bu barədə danışmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR