İnsanlara hürriyət, millətlərə istiqlal!

İyun ayında ABŞ-da vakansiyaların sayı 10,7 milyona qədər azalıb

İyun ayında ABŞ Əmək Nazirliyi əvvəlki ayla müqayisədə daha az sayda vakansiya qeydə alıb. Bu, inflyasiyanın artması və faiz dərəcələrinin yüksəlməsi ilə bağlıdır.

AZƏRTAC Nazirliyin pres-relizinə istinadla xəbər verir ki, vakansiyaların sayı may ayındakı 11,3 milyona qarşı iyun ayında azalaraq 10,7 milyona bərabər olub.

Əmək Nazirliyi vakansiyaların və əmək bazarının aylıq icmalında bildirib ki, işdən öz xahişi ilə azad olunan amerikalıların sayı bir qədər azalıb, amma hər halda yüksək olaraq qalır – 4,2 milyon. İşdən azad edilənlərin sayı isə may ayındakı 1,4 milyondan iyunda 1,3 milyona düşüb.

İyul ayına qədər əmək bazarında sabitlik yaranmışdı və şirkətlər açıq vakansiyaları doldurmaqda çətinlik çəkmələrindən şikayətlənirdi: 2022-ci ildə ABŞ-da işəgötürənlər orta hesabla hər ay 457.000 yeni iş yeri açıblar, işsizlik isə son 50 ildə minimuma yaxın idi. Mütəxəssislərin çoxunun fikrincə, ölkənin hələ resessiya vəziyyətində olmamasının səbəblərindən biri budur, hərçənd iqtisadi istehsalın əsas göstəricisi olan ümumi daxili məhsul ardıcıl olaraq 2 rübdür azalır.

ABŞ iqtisadiyyatı təzyiq altındadır, çünki Federal Ehtiyatlar Sistemi son 40 il ərzində ən yüksək sürətlə artmaqda davam edən inflyasiyaya qarşı mübarizə üçün faiz dərəcələrini artırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR