İnsanlara hürriyət, millətlərə istiqlal!

"İttifaq dövlətində Ermənistan heç kimə lazım deyil" - Badalyan

“İttifaq dövləti haqqında danışmaq Rusiya əleyhinə təbliğata tam uyğun gəlir”.

Konkret.az xəbər verir ki, bunu İrəvana müsahibəsində siyasi strateq Armen Badalyan deyib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bizi İttifaq dövlətinə qoşulmağa məcbur etmək barədə bəyanatını şərh edib.

“Hətta rusiyalı ekspertlər İttifaq dövlətini belə dərk etmirlər, onun mahiyyətinə varmırlar.

Birlik dövlətində Ermənistan kimə lazımdır? Heç kimə. Və bütün bu söhbətlər tamamilə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq cəhdlərinə uyğundur.

Çünki Ermənistanda müəyyən millətçi elektorat var. Bu yolla hakimiyyət onu neytrallaşdırmağa və göstərməyə çalışır ki, bax, Qarabağ məsələsində kobud səhvə yol vermişik, amma ən azından biz müstəqilliyimizi bu qədər yaxşı müdafiə edirik”, – deyə Badalyan bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR