Onlayn ictimai-siyasi qəzet
İtaliya hökuməti güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskiya adasında fövqəladə vəziyyət elan edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Hökumətin iclasında fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayrılıb. Bu, əhali üçün bir il ərzində maliyyə yardımını nəzərdə tutur.
Daha əvvəl bildirilib ki, sürüşmə nəticəsində 1 nəfər - 31 yaşlı qadın ölüb, uşaqlar da daxil olmaqla 11 nəfər itkin düşüb. Axtarışlar davam edir.
Noyabrın 26-da adaya yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub. Azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada gələn həftənin iki günü məktəbləri bağlamaq qərarına gəlib.
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ