İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədən ukraynalı qaçqınlarla bağlı QƏRAR

İsveçrə hökuməti ukraynalı qaçqınların öz vətənlərinə könüllü qayıtması üçün müvəqqəti strategiya təqdim edib. Könüllü olaraq Ukraynaya qayıtmağa qərar verən qaçqınlar üçün İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi 4000 İsveçrə frankı ödəməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə "Swissinfo" portalı məlumat yayıb.

"İlkin maliyyə yardımı məsələsinə də baxılır. Yardımın məbləğləri adambaşına 1000-4000 İsveçrə frankı arasında dəyişə bilər", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, İsveçrə hökumətinin fikrincə, qaçqınlara aylıq müavinət verməkdənsə, onları Ukraynaya qayıtmağa təşviq etmək daha sərfəlidir.

Bundan əlavə, ukraynalılar üçün müvəqqəti mühafizə statusunun ləğvi də nəzərdə tutulur.

Ehtimal olunur ki, ukraynalıların 20%-i (və ya 14 000) İsveçrədə qalmaq istəyəcək. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR