İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə ABŞ-ın rəhbərliyi altında Danimarkada keçirilən təlimlərə qoşulub

Neytral statusa malik İsveçrə keçən həftə ABŞ-ın rəhbərliyi altında Danimarkanın Karup şəhərində keçirilən “Bold Quest 2023” hərbi təlimlərində ilk dəfə iştirak edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

“Keçən həftə İsveçrə Danimarkanın Karup şəhərində “Bold Quest 2023” beynəlxalq təlimlərində iştirak edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu beynəlxalq hava əməliyyatları təlimlərinə İsveçrədən 17 hərbçi qatılıb. Danimarkada isveçrəli pilotlar iki F/A-18 təyyarəsində hava hücumundan müdafiə sahəsində bilik və bacarıqlarını təkmilləşdiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR