İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin separatçılarla bağlı vədləri Türkiyəni qane etmir

İsveçin kürd separatçıları ilə bağlı problemi həll etmək vədləri Türkiyəni qane etmir və rəsmi Stokholm daha qətiyyətli addımlar atmasa, çətin ki, Ankara ölkənin NATO-ya üzvlük müraciətinə etirazını geri götürsün.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

“İsveçdən gələn bu bəyanatlar yaxşıdır, lakin həyata keçirilməyənə qədər kifayət deyil”-deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyadan terrorçuların ekstradisiyasını tələb edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR