İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç quldurluq edən miqrantlara qarşı sərt tədbirlər hazırlayır

İsveçin baş naziri Ulf Kristersson təkcə sentyabr ayında 11 nəfərin ölümünə səbəb olan mütəşəkkil cinayət dəstəsinin zorakılığına qarşı tədbir görülməsi üçün ölkənin silahlı qüvvələri və polis rəisini toplantıya çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu günlərdə paytaxt Stokholmda baş verən iki ayrı silahlı hücumda iki nəfər həyatını itirib, Uppsala şəhərində isə dünən bir evin bombalanması nəticəsində 20 yaşlı qadın ölüb.

Həftənin əvvəlində Sandviken rayonunda silahlı hücumçunun bara atəş açması nəticəsində iki nəfər həlak olmuşdu.

Baş nazir Kristersson xalqa müraciət edərək deyib: “İsveç üçün çətin bir dövrdən keçirik. Biz bu dəstələri tutacağıq və onlara qalib gələcəyik".

Kristersson ötən il ölkədə keçirilən ümumi seçkilərdə populist və anti-immiqrant qüvvələrin dəstəyi ilə sağ mərkəzçi azlıq hökuməti qurub və İsveçdə səkkiz illik sosial-demokrat idarəçiliyinə son qoyub. Kristerssonun seçkidə koalisiyanın qalib gəlməsinə səbəb olan başqa bir amil mütəşəkkil cinayətkarlığın qarşısını almaq öhdəliyi idi.

Kristersson yaranmış problemlərə görə keçmiş hökumətləri günahlandırıb. "Məsuliyyətsiz miqrasiya siyasəti və uğursuz inteqrasiya bizi bu nöqtəyə gətirdi", - baş nazir deyib.

İsveç uzun illər liberal immiqrasiya siyasəti həyata keçirib və 2015-ci ildə miqrasiya böhranı zamanı adambaşına ən çox immiqrant qəbul edən Avropa ölkəsi olub. Bu siyasətlər əvvəlki sosial-demokrat hökuməti tərəfindən dəyişdirilib, lakin Kristersson hökuməti tərəfindən daha da sərtləşdirilib.

10,5 milyonluq İsveç əhalisinin təxminən 20 faizini başqa ölkələrdə doğulmuş insanlar təşkil edir.

Müxalifət partiyası və parlamentdəki ən böyük partiya olan sosial-demokratlar dünən hökuməti qanunu dəyişdirməyə və çete zorakılığını dayandırmaq üçün ordunun dəstəyinə icazə verməyə çağırıb. Sosial-Demokrat Partiyasının lideri Maqdalena Andersson mətbuat konfransında deyib: "Bura İsveç deyil, İsveç belə olmalı deyil".

Polisin hesablamalarına görə, İsveçdə 30.000-ə yaxın adam birbaşa və ya dolayısı ilə mütəşəkkil cinayətkarlıq qruplarında iştirak edir. Zorakılıq aktları bu cür cinayətlərin adətən nadir olduğu kiçik şəhərlərə də yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR