İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti havada yola çıxan sürücülər nə etməlidirlər? - MƏSLƏHƏTLƏR - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, bildirilir ki, hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.

Yüksək temperatur insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır. Bu da öz növbəsində, uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülər diqqətli olmalıdırlar.

Avtomobil ustası Sahil Ağabəyli xüsusilə isti havada sürücülərin avtomobildə diqqət etməli olduğu məsələlər barədə danışıb.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR