Onlayn ictimai-siyasi qəzet
"Brilliant Dadaşovanın zəngini eşitdim. Həqiqətən, onun zəngi mənə pis təsir etdi. Brilliant bilir ki, mən onu nə qədər çox istəyirəm. Amma bu qədər həssas, diqqətcil olduğu nəzərimə çatmamışdı. Çünki Brilliant çox da cəmiyyət arasına çıxan insan deyil. Brilliant ürəyinə qurban. Ehtiram Xalq artisti deyil, nə də ki, "lyubimçik" deyil, amma bunlara baxmayaraq, sən onu bu qədər təriflədin".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Elgizlə izlə" verilişinə açıqlamasında deyib.
Proqrama zəng edən aktrisa Xalq artisti Brilliant Dadaşovanın Əməkdar artist Ehtiram Hüseynova görə ağlamasından danışıb:
"Ehtiramı çox istəyirəm. Bütün incəsənət xadimlərinə demək istəyirəm ki, Brilliant xanım sizə örnək olsun. Bir-birinizə qarşı diqqətli olun. Çünki mən istəmirəm, sonra siz tabut üstündə ağlayıb deyəsiniz ki, "Vaxtsız getdi, dostumuz idi" və sair. İnsanların qədrini sağlığında bilin. Onlar da bilsinlər və heç olmasa bir az yaşamaq həvəsində olsunlar". (Axşam.az)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ