İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda kilsəyə hücumu İŞİD-çi tacik mühacirlər edib

Yanvarın 28-də İstanbuldakı katolik kilsəsinə qarşı terror hücumu İŞİD terror qruplaşmasının “Xorasan vilayəti” adlanan və taciklərdən ibarət olan hücrəsinin silahlıları tərəfindən törədilib.

Musavat.com “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, hücumda iştirak edənlərin üçü istisna olmaqla, hamısı Tacikistan vətəndaşlarıdır.

Müstəntiqlərin fikrincə, İŞİD zorakılığı həyata keçirmək üçün fəal olmayan hücrələrindən istifadə edib. Hücum edənlər terror qruplaşmasının nəzarətində olan sosial şəbəkələr vasitəsilə silahlı basqın etmək əmri alıblar. Polis məbəddəki atışmada İŞİD-in əli olduğunu təsdiqləyən rəqəmsal medianı ələ keçirib, bundan əlavə, İstanbul aeroportu yaxınlığındakı Göktürk səmtindəki meşədə hücumçuların getdiyi dövlət nömrə nişanı olmayan avtomobil aşkarlanıb. Atışma zamanı istifadə edilən tapançalardan biri aşkar edilib. Bu, qaz tapançasından döyüş tapançasına çevrilmiş silah olub və sökülmüş halda tapılıb.

Kəşfiyyat xidmətlərinin əldə etdiyi məlumata görə, hücumda iştirak edən şəxslər üç ay əvvəl İstanbulun Güvercintəpə bölgəsində bir ev kirayələyiblər. Aksiyadan sonra nəzarətə alınan tacikistanlı mühacirlər orada qeyri-qanuni yaşayırlar. İstanbul təhlükəsizlik idarəsində olan 28 şübhəlidən bəziləri Yeni il günü İstanbulda pravoslav kilsələri, sinaqoq və İraq səfirliyinə hücumlar planlaşdırıblar. “Yeni Şafak” xatırladır ki, yerli polis dekabrın 29-da 32 nəfəri saxlayaraq terror aktlarının qarşısını alıb.

İŞİD-in “Xorosan hücrəsi” və ya “Xorasan vilayəti” 2014-cü ildə yaradılıb və Mərkəzi Asiya, Əfqanıstan və Pakistanda fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR