İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul danışıqlarında Kiyev tərəfi sülh sənədini təqdim etdi

Ukrayna tərəfi Rusiya ilə aparılan danışıqlar çərçivəsində sülhün əldə olunmasına dair öz variantını yazılı şəkildə təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna tərəfi sənədi iki dildə – ukrayna və ingilis dillərində təqdim edib. Medinski zarafatla bildirib: “Heç nə olmaz, biz öhdəsindən gəlirik. Nümayəndə heyətimizdə müxtəlif dilləri bilən insanlar var. Hətta ikisi yapon dilində sərbəst danışır”.

Sənədin detalları ictimaiyyətə açıqlanmasa da, bu addım tərəflər arasında diplomatik dialoqun davam etdirildiyini göstərir. Danışıqlar İstanbulda keçirilir və əsas məqsəd müharibənin diplomatik həll yollarını tapmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR