İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin yeni Baş Qərargah rəisi İranla müharibə ili ELAN ETDİ

İsrail Müdafiə Qüvvələrinin (İDF) yeni Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir cümə axşamı yüksək komandanlığa bildirib ki, 2025-ci il Qəzza və İrana fokuslanan müharibə ili olacaq, eyni zamanda digər cəbhələrə də diqqət yetiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Eyal Zamir son illərdə İsrail ordusunun əsasən nisbi qələbə və ya çəkindirmə strategiyasına yönəldiyini bildirərək, "qələbə" konsepsiyasını əsas dəyər kimi ön plana çəkəcəyini qeyd edib.

Bundan əlavə, o, HƏMAS-ın əlində olan girovların geri qaytarılması üçün bütün səylərin səfərbər ediləcəyini bəyan etsə də, hələlik konkret siyasət dəyişikliyinin adını çəkməyib.

Qeyd edək ki, Zamir çərşənbə günü rəsmi olaraq İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb. Mərasimdə Zamirə İsrail ordusunun ən ali rütbəsi, general-leytenant rütbəsi təntənəli şəkildə təqdim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR