Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Əl-Cəzirənin məlumatına görə, İsrail son günlərdə İrana qarşı hərbi hücum əməliyyatlarına hazırlaşsa da, əlverişsiz hava şəraiti səbəbindən hücum təxirə salınmışdı.
Lakin bu gecə şəraitin uyğunlaşdığı və əməliyyatın başladığı bildirilir.
Məlumatlara görə, İsrailin İrana qarşı hücumlarının bu gecə ilə məhdudlaşmayacağı, əksinə, əməliyyatların genişlənə biləcəyi ehtimal olunur.
Bu, İsrailin İrana qarşı hərbi strategiyasında daha uzunmüddətli və davamlı bir hücum kampaniyası apara biləcəyini göstərir.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ