Onlayn ictimai-siyasi qəzet
İsrailin uzun mənzilli kəşfiyyat və müşahidə məqsədli gizli pilotsuz uçuş aparatı (PUA) platformasına malik olduğu məlum olub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu texnologiya haqda ictimaiyyətə açıq məlumat verilməsə də, son zamanlarda sızdırılan Pentaqon sənədləri bu aparatların Yaxın Şərqdə, xüsusən də İran üzərində genişmiqyaslı kəşfiyyat missiyaları həyata keçirdiyini göstərir.
Ekspertlərin fikrincə, İsrailin Ramondakı hərbi bazasında yerləşdirilən bu PUA-lar müntəzəm uçuşlar təşkil edərək strateji məlumatlar toplayır.
Qeyd olunub ki, uzaq məsafələrdən yüksək keyfiyyətli görüntü və məlumat toplamaq qabiliyyətinə malik olan bu aparatlar, həmçinin düşmən radarları və izləmə sistemlərindən yayınma xüsusiyyətinə də sahibdirlər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ