Onlayn ictimai-siyasi qəzet
İsrailin Hərbi Hava Qüvvələri Livan Hizbullahına ağır zərbə vurub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrail HHQ Bəqaa vadisində "Hizbullah" radikal hərəkatının döyüşçülərinə zərbə endirib.
İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, vadidə silah istehsalı və saxlanması üçün strateji obyekt fəaliyyət göstərirmiş.
Qeyd edilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi pozulmasıdır.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ