Onlayn ictimai-siyasi qəzet
İsrailin BMT-dəki səfiri Gilad Erdan iclası zamanı BMT nizamnaməsinin surətini məhv edib.
Buna səbəb BMT Baş Assambleyasının Fələstinin təşkilata tamhüquqlu üzv olmasının lehinə səs verməsi olub.
Nyu-Yorkda baş tutan iclas zamanı Gilad Erdan kiçik bir kağızparçalayıcı götürüb və içinə “BMT Nizamnaməsi” sözləri yazılmış üç vərəq qoyub.
“Siz BMT Nizamnaməsini pozursunuz... Ayıb olsun sizə”, - deyə o bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilib.
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.
Sənədi 143 dövlət dəstəkləyib, doqquz ölkə qarşı çıxıb, 25 dövlət isə bitərəf qalıb.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ