Onlayn ictimai-siyasi qəzet
İsrail təyyarələrinin Qəzzaya aviazərbələri nəticəsində HAMAS lideri İsmail Haniyənin üç oğlu həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
"Israel Hayom" nəşrinin xəbərinə görə, bu barədə məlumat artıq təsdiqlənib.
Fələstin mənbələri bildirir ki, Qəzzanın Əl-Şati bölgəsində İsmayıl Həniyənin ailəsini daşıyan avtomobilə qarşı hücumda Hazem, Əmir və Məhəmməd İsmayıl Haniyə, həmçinin HAMAS liderinin üç nəvəsi həlak olub.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ