İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail QƏRAR VERDİ: Sakinlər kütləvi şəkildə...

İsrail Müdafiə Ordusu şəhər, qəsəbə və kəndlərdə 347 yerli özünümüdafiə bölməsi yaratmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sakinlər kütləvi şəkildə yeni birləşmələrə yazılır.

Belə ki, birliklər İsrail Müdafiə Qüvvələrinin strukturuna daxil olacaq və arxa komandanlığa tabe olacaq.

Məlumata görə, könüllülər lazımi avadanlıq və odlu silah alır, həmçinin xüsusi təlim keçirlər.

Qəzet yazır ki, əvvəllər özünümüdafiə dəstələri yalnız sərhəd zonasında yaradılırdı, lakin radikal HƏMAS hərəkatının hücumundan sonra ölkənin digər bölgələrindəki yaşayış məntəqələri də bu təşəbbüsə qoşulub.

Belə ki, son bir həftə ərzində ən azı 17 məntəqədə belə birləşmələr yaradılıb. 

Qəzet vurğulayır ki, könüllülər arasında orduda təcrübəsi olanlar və istefada olan polislər də var. 

Bundan əvvəl polis və ölkənin Müdafiə Nazirliyi könüllü birləşmələri silahlandırmağa başlayacaqlarını açıqlayıb. Onların ümumi sayı 13,2 min nəfər olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR