Onlayn ictimai-siyasi qəzet
İsrail Ordusunun (IDF) 401-ci Tank Briqadasının komandiri polkovnik Ehsan Aksa Qəzza zolağının şimalında döyüşlər zamanı həlak olub.
Musavat.com xəbər verir ki, məlumatı “Times of Israel” yayıb.
İsrail ordusunun ilkin araşdırmasına görə, Cəbəliyyədə əməliyyatlar zamanı Aksanıntankı və daha bir tank partlayıcı qurğularla vurulub.
Aksa Qəzzada gedən döyüşlərdə həlak olan ən yüksək rütbəli zabitlərdən biridir. Hadisə zamanı daha bir yüksək rütbəli zabit ağır yaralanıb.
41 yaşlı Aksa druzların yaşadığı Daliyat əl-Karmel şəhərindən idi. İyun ayından 401-ci Briqadaya komandan təyin olunmuşdu.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ