İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Qəzzada təhlükəsiz marşrut açıb

İsrail ordusu yerli vaxtla saat 10:00-dan 13:00-a qədər (Bakı vaxtı ilə 11:00-14:00) Fələstinin Qəzza zolağının şimalından onun cənub hissəsinə gedən marşrutu atəşə tutmayacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

“Qəzza şəhəri və Qəzza zolağının şimalındakı sakinlər, son günlərdə təhlükəsizliyiniz üçün sizi cənuba köçməyə çağırdıq. Nəzərinizə çatdırırıq ki, İsrail Ordusu yerli vaxtla saat 10:00-dan 13:00-dək bu marşrut üzrə heç bir əməliyyat keçirməyəcək”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR