İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Müdafiə Ordusu: HƏMAS təxliyə olunan insan karvanına hücum edib

HƏMAS Qəzza zolağından təxliyə olunan dinc sakin karvanını atəşə tutub.

“Report” “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus deyib.

Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olub:

“Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə tutmamışıq və, bizdə olan məlumata görə, bu həmlə HƏMAS tərəfindən həyata keçirilib. Əgər beynəlxalq arenada bu onların xeyrinə olacaqsa, düşünmürəm ki, onlar üçün dinc sakinləri öldürmək problem olsun”, - Konrikus vurğulayıb.

Xatırladaq ki, daha öncə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz İsraili köçkünlərin karvanına atəş açmaqda suçlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR