Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri İranın hava hücumundan müdafiə (HHM) sistemlərinə qarşı genişmiqyaslı hava əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, hücumlar İranın qərbində yerləşən HHM obyektlərini hədəfə alıb.
TsAXAL-ın yaydığı bəyanatda qeyd edilir:
“Son saatlarda Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri, Kəşfiyyat İdarəsinin dəqiq rəhbərliyi altında, İran rejiminin qərb bölgəsində yerləşən hava hücumundan müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirib”.
Əməliyyat zamanı onlarla radar sistemi və zenit-raket qurğusu məhv edilib. İsrail ordusu bildirib ki, bu hücumlar İran rejiminin və onun Yaxın Şərqdəki müttəfiqlərinin hava müdafiə imkanlarını zəiflətmək məqsədi daşıyır.
“Müharibə dövründə İsrail Müdafiə Qüvvələri sistemli şəkildə İranın hava hücumundan müdafiə sistemlərini və onun bölgədəki nümayəndələrini hədəf alır. Bu zərbələr Hərbi Hava Qüvvələrimizin hava məkanında hərəkət azadlığını genişləndirir,” – deyə ordunun rəsmi açıqlamasında bildirilir.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ