Onlayn ictimai-siyasi qəzet
İsrailin hərbi kabineti şənbə gecəsi İranın pilotsuz təyyarə və raket hücumlarına cavabı müzakirə etmək üçün 24 saat ərzində ikinci dəfə iclas keçirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin hansısa formada qisas alacağına dair şayiələr artıb, lakin hərbi kabinetin üzvlərinin bunun necə və nə vaxt ediləcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir.
Yerli media hökumətin müharibəyə səbəb olmadan İrana zərər vermək, həmçinin ABŞ-la koordinasiyada hərəkət etmək istədiyini yazıb.
ABŞ rəsmiləri açıq şəkildə bildiriblər ki, ABŞ İsrailin İrana qarşı hər hansı hərbi əməliyyatında iştirak etməyəcək.
Qeyd edək ki, İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Netanyahunu "İsrailin çəkindirmə gücünü tamamilə itirdiyi" bir dövrə rəhbərlik etməkdə ittiham edib. Daha sonra Netanyahu bəzi müxalifət liderlərini təhlükəsizlik brifinqinə çağırsa da, Lapid görüşə daxil edilməyib.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ