İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranda əməliyyatların miqyasını GENİŞLƏNDİRİR - Rəsmi açıqlama

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Hendelmanın verdiyi açıqlamaya əsasən, İsrail Ordusu (İDF) İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və hazırda bu əməliyyatların coğrafiyası daha da genişləndirilir.

Musavat.com xəbər verir ki, Hendelman özünün “Telegram” kanalında yazıb ki, əməliyyatlar İranın nüvə proqramına qarşı və eyni zamanda bu ölkənin davam edən “aqressiv hərəkətlərinə” cavab olaraq həyata keçirilir.

O bildirib ki, zərbələr ballistik raket buraxılış qurğularına, hərbi bazalara və strateji infrastruktur obyektlərinə yönəlib.

Müşavir qeyd edib ki, hücumlar dəqiq kəşfiyyat məlumatlarına əsaslanır və onlarla əsas obyekt hədəf alınıb. Zərbələrin Tehrandakı bəzi hərbi və texnoloji mərkəzləri sıradan çıxardığı ehtimal olunur.

İsrailin son günlərdə İran ərazisinə qarşı həyata keçirdiyi hava əməliyyatları Yaxın Şərqdə müharibə riskini daha da artırıb. Regiondakı dövlətlər və beynəlxalq təşkilatlar vəziyyətin sürətlə nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR