Onlayn ictimai-siyasi qəzet
İsrail bazar günü səhər tezdən İrana hücum etmək qərarına gəlib, lakin bu plan baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib.
Musavat.com-un məlumatına görə, “The New York Times” ABŞ rəsmilərinə istinadən belə yazıb.
Amerika nəşrinin yazdığına görə, Bayden administrasiyası İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almağı tövsiyə edib.
ABŞ rəsmiləri İsrailin 300-dən çox pilotsuz uçuş aparatını və raketini ələ keçirməsini əlavə qisas tələb etməyən əhəmiyyətli strateji qələbə kimi qiymətləndiriblər, məlumatda bildirilib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ