Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti Qəzza sektorunda atəşkəsin təmin edilməsi və girovların azad edilməsi ilə bağlı HƏMAS-la əldə edilən razılaşmanı təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Razılaşma bölgədə gərginliyin azaldılması və humanitar vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Girovların azad olunması prosesinin yaxın günlərdə başlayacağı gözlənilir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında davam edən qarşıdurmalar nəticəsində bölgədəki vəziyyət kəskin şəkildə gərginləşmişdi. Bu razılaşma tərəflər arasında müəyyən sabitlik yaratmaq üçün mühüm addım kimi qiymətləndirilir.
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ