İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hizbullahı təkzib etdi: ”Hərbi bazalarımız vurulmayıb”

Livanın şiə hərəkatı Hizbullahın hücumu nəticəsində İsrailin hərbi və müdafiə qurğularından heç biri zərər görməyib.

Bunu İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri olan Dmitri Gendelman deyib.

"Hizbullahın İsraildəki hərbi obyektləri vurması ilə bağlı bəyanatları tamamilə yalandır. İsrailin heç bir hərbi və ya müdafiə obyektinə ziyan dəyməyib",- o, Telegram kanalında yazıb.

D.Gendelman əlavə edib ki, İsrail “Hizbullahın mülki əhalinin və hərbçilərin həyatını təhdid etmək cəhdlərini boğmağa davam edəcək”.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova TASS-a bildirib ki, “Hizbullah” şiə hərəkatının hücumu nəticəsində İsrail ordusunun bazalarına zərbələr qeydə alınmayıb.

Bundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullah hərəkatın zərbəsinin Tel-Əviv yaxınlığında yerləşən İsrailin Qlilot hərbi bazasına yönəldiyini bildirib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR