Onlayn ictimai-siyasi qəzet
İsrail HƏMAS-a atəşkəsə dair yeni təklif təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə Axios xəbər yayıb.
Yeni layihə əsasən avqust ayında müzakirə olunan ilkin təklifdən çox fərqlənmir. O, girovların azad edilməsini, ən azı altı həftəlik atəşkəsi, fələstinlilərin öz evlərinə qayıtmasını və humanitar yardımın genişləndirilməsini nəzərdə tutur. Lakin həmin vaxt təklif razılaşdırılmamışdı.
Rəsmi mənbələrin sözlərinə görə, HƏMAS bu dəfə danışıqlarda daha çox çeviklik nümayiş etdirib və hətta atəşkəsin qismən həyata keçirilməsinə razılaşmağa hazır olduğunu bildirib.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ