İnsanlara hürriyət, millətlərə istiqlal!

"İsrail ABŞ-ın özünü də çətin vəziyyətə salıb" - Politoloqdan İLGİNC açıqlama

İsrail ordusu səhər namaz vaxtında Qəzza zolağındakı məktəbə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Məlumatda bildirilir ki, zərbə nəticəsində 100-dən çox insan ölüb, onlarla şəxs yaralanıb. İsrail ordusu binanın HƏMAS-ın qərargahı olduğunu bildirir. ABŞ dövlət katibi Entoni Blinken isə İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında Qəzza zolağında təcili atəşkəsə nail olmağa çağırıb.

"Dövlət katibi Qəzza zolağında girovların azad olunmasını təmin edəcək, humanitar yardımın həcmini artıracaq və daha geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olmağın təcili zəruriliyini vurğuladı", - yazılı bəyanatda deyilir.

Bu arada ABŞ Dövlət Departamenti ABŞ-ın İsrailə hərbi xərclər üçün 3,5 milyard dollar ayırmağa hazır olduğunu bildirib.

"Benyamin Netanyahu hökumətinin keçirdiyi bu əməliyyat ABŞ-ın özünü də çətin vəziyyətə salıb".

Bu sözləri mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışarkən deyib.

Politoloq: Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin”  başlanması kimi təqdim edilməsi yanlışdır...

Politoloq qeyd edib ki, hazırda İsrailə müttəfiqlik edən dövlətlər, əsasən də ABŞ Netanyahunu dayandırmağa çalışır:

"Görünür ki, Bayden administrasiyası bu məsələnin həllini dövlət katibi Entoni Blinkinə tapşırıb.

Lakin açıq etiraf etmək lazımdır ki, Entoni Blinkin Netanyahuya heç bir təsir edə bilmədi. Netanyahunun Amerikaya gedib, parlamentdə çıxış etməsi, həmin vaxt ABŞ parlamentarlarının onu ayaqüstə dəfələrlə alqışlaması onu göstərir ki, ABŞ-dakı yəhudi lobbisi bu işə kifayət qədər böyük dəstək verir və prezident seçkiləri ərəfəsində, ABŞ siyasətçilərinə çox güclü şəkildə təsir göstərib.

Ümumiyyətlə, lobbiçilik fəaliyyəti dünyanın hər yerində münaqişələrin dayandırılmasında ən böyük maneədir. Məsələn, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində erməni lobbisi uzun müddət məsələyə müdaxilə edirdi. Elə indinin özündə də sülh müqaviləsinin qarşısında dayanan ən böyük əngəl erməni lobbisidir. Və Qəzzada atəşkəsin əldə olunmamasının ən böyük səbəbkarlarından biri əsasən ABŞ-da formalaşmış yəhudi lobbisidir.

Əlbəttə ki, İsrailin bu dərəcədə hücum etməsi, mülkü obyektləri hədəfə alması xoşagəlməz hadisədir. Hazırda Qəzza zolağında faktiki olaraq insanlıq dramı yaşanır. Bütün böyük dövlətlər də məhz bu məsələnin həll olunmasına dəstək verirlər. Dəfələrlə İslam Konfransı Təşkilatının bununla bağlı iclasları çağrılıb. Azərbaycan da həmin iclaslarda iştirak edib və öz mövqeyini ən yüksək səviyyədə ifadə edərək bildirib ki, bu məsələnin ən ədalətli həll yolu məhz ikili dövlət prinsipidir".

Politoloqun sözlərinə görə bu cür xoşagəlməz hadisələr davam edərsə, Qəzza zolağında sülh mümkün olmayacaq:

"ABŞ ortaya mövqe qoyaraq, əlində olan bütün vasitələr ilə İsrail dövlətinə təsir etməyi bacarmalı və Qəzza zolağında atəşkəsə nail olmalıdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR