İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada elektrik xaosu: İspaniyada fövqəladə vəziyyət elan olundu, metro və qatarlar dayandı

Musavat.com xəbər verir ki, Avropanın bir sıra ölkələrində – İspaniya, Portuqaliya, Fransa və Belçikada – kütləvi elektrik kəsintiləri baş verib. İspaniya hökuməti elektrik böhranı fonunda ölkənin böyük bir hissəsində fövqəladə vəziyyət elan edib.

İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Madrid, Endülüs və Ekstremadura bölgələri rəsmi şəkildə mərkəzi hökumətdən ictimai təhlükəsizlik və digər funksiyaların idarəsini üzərinə götürməyi tələb edib. 

Elektrik şəbəkə operatoru Red Electrica bildirib ki, Kataloniya, Aragon, Bask bölgəsi, Galiçya, Asturias, Navarre, Kastiliya və Leon, Ekstremadura, Andalusiya və La Rioja bölgələrinin bəzi hissələrində enerji təminatı bərpa olunmağa başlayıb. Operator tam bərpa üçün 6-10 saat vaxt lazım olduğunu açıqlayıb. 

Screenshot_2.png (220 KB)

Ölkənin bir çox şəhərində nəqliyyat sistemi çöküb. Trafik işıqları işləmədiyindən küçələrdə xaos yaşanır, metro və qatar səfərləri isə tamamilə dayandırılıb. Hava limanlarında da ciddi fasilələr müşahidə olunur.

İspaniya Baş naziri Pedro Sançes xalqı rəsmi məlumatlardan kənar spekulyasiyalara inanmamağa çağırıb. O, elektrik kəsintisinin səbəbinin hələ müəyyən edilmədiyini bildirib. Sançes, telekommunikasiya xidmətlərinin qorunması üçün telefonların yalnız vacib hallarda istifadəsini tövsiyə edib. Baş nazir, ölkədə hazırkı mərhələdə təhlükəsizlik problemi qeydə alınmadığını da əlavə edib.

İspaniya Nüvə Təhlükəsizliyi Komitəsi isə bəyan edib ki, bütün nüvə reaktorları təhlükəsiz vəziyyətdədir. Elektrik kəsintisindən sonra reaktorlar avtomatik olaraq işini dayandırıb və fövqəladə generatorlar işə salınıb. 

Screenshot_3.png (482 KB)

Elektrik böhranı yalnız İspaniya ilə məhdudlaşmayıb. Portuqaliyada da geniş kəsintilər yaşanıb, Lizbon və Porto şəhərlərində metro xətləri bağlanıb. Kartla ödəniş sistemləri iflic olub. Portuqaliya hava yolları şirkətləri vətəndaşları hava limanlarına getməməyə çağırıb.

Fransada isə elektrik şəbəkəsi operatoru RTE bəzi bölgələrdə qısa müddətli kəsintilərin baş verdiyini təsdiqləyib. Qısa fasilədən sonra Fransa ərazisində enerji təminatı bərpa olunub. 

df9a3611-2ae0-45cd-97f7-5a8f6e7f7255.jpeg (148 KB)

Hazırda İspaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Dövlət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını və ictimai asayişin qorunduğunu bildiriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR