İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq

İspaniya millisinin 4 futbolçusu Avropa çempionatının yarımfinal görüşünü buraxacaq.

"Report" xəbər verir ki, Pedri, Roben Le Norman, Daniel Karvahal və Alvaro Morata növbəti mərhələdə komandasına kömək edə bilməyəcəklər.

Pedri Almaniya ilə keçirilən 1/4 final görüşündə dizindən zədə alıb. Digər 3 oyunçu isə kart cəzalısı olduğu üçün növbəti oyunu buraxmalı olacaq.

Qeyd edək ki, İspaniya yarımfinalda Portuqaliya - Fransa cütünün qalibi ilə qarşılaşacaq. Matç iyulun 9-u, saat 23:00-da start götürəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR