Onlayn ictimai-siyasi qəzet
İŞİD qruplaşması Suriyada yenidən qruplaşmaya və itirilmiş mövqelərini bərpa etməyə çalışır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu cihadçı təşkilatın hələ də əhəmiyyətli mülki itkilərə səbəb olan hücumlar həyata keçirmək qabiliyyətinə malik olduğu BMT baş katibinin hesabatında qeyd olunub.
Ekspertlər əmindir ki, ərazi nüvəsini itirməsinə baxmayaraq, İŞİD beynəlxalq ictimaiyyətin diqqətinin İsrail və HƏMAS arasındakı münaqişəyə yönəldiyi vəziyyətdən faydalanmağa çalışır.
Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinə yaxın olan “North Press” agentliyi BMT baş katibinin hesabatında İŞİD-in potensialının bərpası ilə bağlı gəldiyi qənaətə diqqət çəkib. BMT-nin hesablamalarına görə, təşkilat əsasən Suriya ərazisində yenidən qruplaşmaya və yenidən şaxələnməyə çalışır.
Məlumata görə, İŞİD-in maliyyə ehtiyatlarının həcmi 10 milyon dollardan 25 milyon dollara qədərdir.Vəsaitlərin böyük hissəsi sosial şəbəkələr vasitəsilə kriptovalyuta şəklində toplanır. Təşkilatın özündə Suriya və İraqda kiçik hücrələrdə fəaliyyət göstərən 5 mindən 7 minə qədər yaraqlı var.
Musavat.com
30 Oktyabr 2024
29 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ