İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı rus səfirdən Ermənistana mesajlar

Ermənistanın xarici siyasətində ciddi korrektələr aparılır. Təminatlara baxmayaraq, Rusiya tərəfi bu korrektəni Ermənistanın digər mərkəzlərlə əlaqələrinin inkişafında görür.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan İctimai Televiziyasının efirində bildirib. “Rusiyanın qorxuları əsaslıdır və başa düşüləndir”, səfir əlavə edib.

Diplomat əminliklə bildirib ki, Rusiya Ermənistanın müstəqil dövlət kimi öz siyasətini müəyyən etmək hüququna malik olduğunu başa düşərək, xarici siyasət vektorunda hər hansı dəyişikliyə görə rəsmi İrəvanə günahlandırmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR