Onlayn ictimai-siyasi qəzet
MTN-in sorğusundan çox keçmədi - erməni müstəntiqlər İran vətəndaşlarının Azərbaycan dilində mahnı oxuduğu videonun yayıcısını tezliklə tapıb və artıq saxlayıblar.
Musavat.com-un məlumatına görə, bu barədə erməni mediasının yaydığı xəbərdə deyilir.
Söhbət İrəvanın Respublika meydanında “Qarabağ” mahnısı oxuyan İran vətəndaşı olan soydaşlarımızdan gedir.
Erməni mediası bildirir ki, azərbaycanlılarla bağlı saxlanılan şəxs yanvarın 30-da bu videonu səhifəsində yerləşdirən Müstəqil Strateji Araşdırmalar Mərkəzinin sahibi Qərib Babayandır.
Onun həbsi ilə bağlı məhkəməyə vəsatət də verilib.
Musavat.com
07 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ